Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib.

Dövlət Himnimiz səsləndirildikdən sonra gənc əsgərlər təntənəli surətdə vətənə sədaqət andı içərək ordu sıralarına tam hüquqlu həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi daxil olublar.

Polkovnik Mübariz Rzayev hərbi andı qəbul edən əsgərləri təbrik edib, xidmətlərində uğurlar arzulayıb.

Gənc əsgərlər adından çıxış edən Xeybər Abbaszadə müzəffər Azərbaycan Ordusunda xidmət etməkdən qürur duyduğunu bildirib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını və qanını əsirgəməyən igid oğullarımız kimi Vətəni qoruyacaqlarına söz verib.

General-mayor Fazil Ağalarov Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıraraq bildirib ki, Vətənə sədaqət andı içən gənc əsgərlər keçirilən  məşğələlərdə nümunəvi iştirak edərək növbəti xidmət yerlərinə yenilməz döyüşçü kimi yollanacaqlar.

Andiçmə mərasimi şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

 

Kənan Cəlilov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM