Bosniya xəbər agentliyi ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edib

Bosniya xəbər agentliyi ümummilli lider Heydər Əliyev haqqında məqalə dərc edib

Bosniyanın FENA informasiya agentliyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98 illiyinə və Heydər Əliyev Fondunun yaradılmasının 17 illiyinə həsr edilmiş məqalə dərc edib (https://fena.ba/article/1210353/ambasada-azerbejdzana-u-bih-hejdar-alijev-je-simbol-azerbejdzanskog-progresa).

NUHÇIXAN İnformasiya Agentliyi həmin məqaləyə istinadla xəbər verir ki, Heydər Əliyev görkəmli dövlət xadimi və siyasi xadimdir, Azərbaycanın ən yeni tarixi onun adı ilə birbaşa bağlıdır. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik edib, 1993-cü ilin oktyabrından başlayaraq 10 il müddətində müstəqil Azərbaycan Respublikasının Prezidenti olub.

Materialda bildirilir ki, Heydər Əliyev yüksək intellektə, dərin biliklərə, təcrübə və uzaqgörənliyə malik olan dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri kimi şərəfli həyat yolu keçib.

Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan SSR siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük uğurlar qazanıb, Sovet İttifaqının ən çox inkişaf etmiş müttəfiq respublikalarından biri olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM