Serbiya nəşrində Heydər Əliyevin həyat yolu haqqında söhbət açılıb

Serbiya nəşrində Heydər Əliyevin həyat yolu haqqında söhbət açılıb

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günündə Serbiyanın “Danas” nəşrində bu dahi siyasi xadimin həyat yolundan bəhs edən məqalə dərc olunub (https://www.danas.rs/svet/posveceno-98-godisnjici-rodjenja-nacionalnog-lidera-azerbejdzanskog-naroda-hejdara-alijeva/).

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məqalədə müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin ölkə tarixində rolundan bəhs olunur. Materialda Heydər Əliyevin qısa bioqrafiyası verilir, o cümlədən Azərbaycanın müstəqilliyinin ilk illərində Heydər Əliyevin rolu qeyd edilir. Materialda deyilir: “Azərbaycan qeyri-müəyyənlik uçurumuna yuvarlandığı, ölkədə uzaqgörən və təcrübəli rəhbərə ehtiyac olduğu bir dövrdə xalq öz liderinə müraciət edərək dövlətə başçılıq etməsini xahiş etdi”.

Məqalədə qeyd edilir ki, sovet dövründə məhz Heydər Əliyevin rəhbərliyi sayəsində siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük uğurlar qazanmış Azərbaycan SSR keçmiş SSRİ-nin ən çox inkişaf etmiş müttəfiq respublikalarından birinə çevrilmişdi.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM