İslamabadda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

İslamabadda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> İslamabadda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> İslamabadda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> İslamabadda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font> İslamabadda ulu öndər Heydər Əliyevin 98-ci ildönümü ilə bağlı tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Pakistandakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, səfirliyin kollektivi ümummilli lider Heydər Əliyevin səfirlikdəki abidəsi önünə tər çiçəklər qoyub, xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə danışıb.

Səfir Heydər Əliyevin müstəqilliyin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanmasında, təzyiqlərə baxmayaraq milli ruhun, milli şüurun və özünüdərkin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutmasında dahi şəxsiyyət Heydər Əliyevin müstəsna rolunu və xalqımız qarşısındakı unudulmaz xidmətlərini diqqətə çatdırıb.

Ə.Əlizadə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi xəttin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, Azərbaycanın milli maraqları və mənafeyinin qətiyyətlə qorunması, beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi nəticəsində Azərbaycanın erməni işğalında olan torpaqlarının azad olunduğunu, regionda sabitliyin bərpa edildiyini və Azərbaycanın gündən-günə daha da gücləndiyini bildirib.

Azərbaycan-Pakistan münasibətlərinin möhkəmlənməsinə Ulu Öndərin verdiyi töhfənin hər an xatırlandığını, Pakistan ilə əlaqələrimizin yüksələn xətlə inkişaf etdiyini və strateji tərəfdaşlıq səviyyəsinədək yüksəldiyini diqqətə çatdırıb. Səfir ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayıb.

Azərbaycanın Pakistandakı səfirliyinin kollektivi İslamabad şəhərində yerləşən, bir çox dünya liderinin, o cümlədən, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ağac əkdiyi Şəkərpariyan Parkına da baş çəkib, əkilən ağaclara qulluq göstərib, ətrafda təmizlik işləri aparıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM