Niderlandda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə poçt markaları çap edilib - FOTOLAR

Niderlandda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə poçt markaları çap edilib<font color=red> - FOTOLAR</font> Niderlandda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə poçt markaları çap edilib<font color=red> - FOTOLAR</font>

Niderland Krallığının Amsterdam və Leyvarden şəhərlərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş poçt markaları çap edilib.

Komitədən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Layverden şəhərində poçt markası “Niderlandda Azərbaycan Evi”nin təşəbbüsü ilə çap olunub. Bu barədə məlumat verən Elxan Mirhəşimli deyib ki, poçt markasının buraxılması ideyası Niderlandda yaşayan azərbaycanlıların bu tarixi hadisəyə öz töhfələrini bəxş etmək zərurətindən yaranıb.

Amsterdam şəhərində isə markalar bu ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə buraxılıb. S.Rəvanqızı qeyd edib ki, “Azərbaycanın inciləri” layihəsi çərçivəsində buraxılan markanın üzərində ümummilli lider Heydər Əliyevlə Prezident İlham Əliyevin birgə şəkli təsvir olunub. Amsterdam şəhərində markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən çap edilib.

Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini müasir Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində və inkişafında misilsiz xidmətlər göstərmiş nəhəng Azərbaycan siyasətçilərinə cəlb etməkdir.

Xatırladaq ki, bu ölkədə daha əvvəllər “Xarı bülbül”, “Əminə Dilbazi”, “Covdət Hacıyev” adlı markalar və Nizami Gəncəvinin 880 illiyi ilə bağlı marka da çap olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM