Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub

Krasnoyarskın “TBK” telekanalında Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Rusiya Federasiyasının Krasnoyarsk vilayətində fəaliyyət göstərən Beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin təşkilatçılığı ilə Krasnoyarskın “TBK” telekanalında görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film göstərilib.

Komitədən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, beynəlxalq Hüquqşünaslar İttifaqı nümayəndəliyinin rəhbəri Ceyhun Cəfərov xalqımızın Ümummilli Liderinin anadan olmasının 98-ci ildönümü münasibətilə tamaşaçılara təqdim olunan 28 dəqiqəlik “Şəxsiyyətin cazibəsi” (“Обаяние личности”) sənədli filmi mayın 10-da Bakı vaxtı ilə saat 12:00-da nümayiş etdirilib.

Filmi “ТВК” kanalının http://tvk6.ru/ internet səhifəsindən və https://youtu.be/hktlFf31fdE

linkindən izləmək mümkündür.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM