Qırğızıstan portalı Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə bağlı materiallar yerləşdirib - FOTOLAR

Qırğızıstan portalı Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə bağlı materiallar yerləşdirib<font color=red> - FOTOLAR</font> Qırğızıstan portalı Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə bağlı materiallar yerləşdirib<font color=red> - FOTOLAR</font> Qırğızıstan portalı Prezident İlham Əliyevin Naxçıvana səfəri ilə bağlı materiallar yerləşdirib<font color=red> - FOTOLAR</font>

Qırğızıstan “turktoday.info” portalı öz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı rus dilində materiallar yerləşdirib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, portalda dövlət başçısı İlham Əliyevin səfəri çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında və Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında iştirak etməsi ilə bağlı materiallar yer alıb.

Saytda İlham Əliyevin Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını, Naxçıvanda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etməsi ilə bağlı materiallar da verilib.

Portal dövlət başçısının “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olması, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Naxçıvan qarnizonu Mərkəzi Hospitalının, Culfa-Ordubad magistral avtomobil yolunun, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirakı ilə bağlı da yazılar dərc edib.

Sayt bildirir ki, səfər çərçivəsində dövlət başçısı Naxçıvanda Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib, Ordubad su-elektrik stansiyası və Ordubad dəmir yolu stansiyası ilə tanış olub.

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına geniş müsahibəsi də portalda yer alıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM