Sergey Lavrov: Bölgədəki vəziyyəti normallaşdırmaq üçün razılaşmaları tam həyata keçirmək vacibdir

Sergey Lavrov: Bölgədəki vəziyyəti normallaşdırmaq üçün razılaşmaları tam həyata keçirmək vacibdir

Əldə olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsi bölgədəki vəziyyətin normallaşdırılmasında açar rolunu oynayır. Bu razılaşmalar hərbi əməliyyatların bərpasının qarşısının alınması, iqtisadi və kommunikasiya əlaqələrinin açılması üçün bütün mexanizmləri təmin edir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib.

Nazir Sergey Lavrov deyib ki, Rusiya sülhməramlı kontingentinə göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdarıq. Konkret planlar hazırlayan üçtərəfli işçi qrupu əldə olunmuş razılaşmaların həyata keçirilməsinə mühüm töhfə verir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM