“Wabash Plain Dealer”: İki jurnalistin həlak olmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür

“Wabash Plain Dealer”: İki jurnalistin həlak olmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür

Amerikada çıxan “Wabash Plain Dealer” qəzetində “İki jurnalistin həlak olmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür” sərlövhəli məqalə dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həmin məqalədə ermənilərin törətdiyi təxribatlardan, Azərbaycan ərazilərinin minalanması, Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalistin və yerli hakimiyyət orqanı nümayəndəsinin minaya düşərək həlak olmasından bəhs edilir.

Məqalədə qeyd edilir ki, iyunun 4-də Azərbaycanın 1993-2020-ci illərdə erməni işğalı altında olmuş və bu yaxınlarda işğaldan azad edilmiş Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki azərbaycanlı jurnalist - Sirac Abışov və Məhərrəm İbrahimov, həmçinin Kəlbəcər rayonunun yerli hakimiyyət orqanının nümayəndəsi Arif Əliyev həlak olub.

Bildirilir ki, 2020-ci il noyabrın 9-da imzalanmış atəşkəs haqqında Üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusu Kəlbəcər rayonundan çıxarılandan sonra Ermənistan Azərbaycanın hərbi qulluqçularına və 30 ilə yaxın işğaldan sonra öz evlərinə qayıdan dinc sakinlərə mümkün qədər çox ziyan vurmaq üçün sistematik olaraq bu rayonun mülki infrastrukturunu məhv edib, evləri yandırıb, ağacları kəsib, elektrik xətlərini qırıb, ev heyvanlarını tələf edib, rayon ərazisini minalayıb.

Məqalə ABŞ Azərbaycanlılar Şəbəkəsi tərəfindən keçirilən Amerika ictimaiyyətinin məlumatlandırılması üzrə növbəti kampaniya çərçivəsində dərc edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM