"Kənddə hər şeyə, kənd təsərrüfatına belə son qoyulub" -Robert Koçaryan

"Kənddə hər şeyə, kənd təsərrüfatına belə son qoyulub" -Robert Koçaryan

"İndi yol tikintisinin sürəti mənim prezidentliyim dövründəki vəziyyətdən çox uzaqdır". NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Ermənistan" blokunun lideri, baş nazirliyə namizəd Robert Koçaryan kənd sakinləri ilə görüşü zamanı söyləyib.

“Ölkədə inşaatın artım tempi 22-29% idi. Bu, hər şeyin inkişafı, böyüməsi deməkdir”, deyə Koçaryan bildirib.

Onun sözlərinə görə, indi ölkədə üç böyük problem var, təhlükəsizlik, iqtisadiyyat və idarəetmə: “İdarəetmədə böhran ən asan həll olunan məsələdir. Ancaq mövcud hakimiyyət üçün yox. Onlar idarəetmədə böhranı həll edə bilmirlər. Onlara mürəkkəb, öhdəsindən gələ bilmədikləri bir maşın verilmiş kimidir, onu idarə edə bilmirlər. Onların öyrənmə qabiliyyətləri də yoxdur. Dəyərsiz, mənasız insanlardırlar”.

Subsidiyaların kəsildiyi, sakinlərin yanacaq və toxum almadıqları barədə narahatlığına cavab olaraq, eks-prezident bunun həm də səlahiyyətlilərin “ləyaqəti”, yəni, ləyaqətsizliyi olduğunu qeyd edib.

"Səlahiyyətlilər kənddə hər şeyə son qoyub", deyə keçmiş prezident vurğulayıb. İcmaların genişlənməsinə gəlincə, Koçaryan hakimiyyətə gəldikdən sonra prosesi dayandıracağına söz verib.

Xatırladaq ki, seçki öncəsi Ermənistanda gərginlik artıq, baş nazir postuna namizədlərin hər biri qarşı tərəfi ittiham, hətta, təhqir və təhdid edir. Belə bir vəziyyətdə erməni cəmiyyətində sürətli bir parçalanma müşahidə olunur. Bu isə heç şübhəsiz ki, hakimiyyəti qazanmaq istəyən qüvvələr və onu əldən vermək istəməyən qüvvələr arasında yaxın zamanda ciddi toqquşmalardan xəbər verir.

Xəbər lenti
Çox oxunan xəbərlər