AŞPA-nın yay sessiyası hibrid formatda işə başlayıb - FOTOLAR

AŞPA-nın yay sessiyası hibrid formatda işə başlayıb<font color=red> - FOTOLAR</font>

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası iyunun 21-də hibrid formatda işə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yay sessiyasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun rəhbərliyi ilə deputatlar iştirak edəcəklər.

AŞPA yay sessiyasında qurumun Büro və Daimi komitələrinin hesabatı, Nazirlər Komitəsinin məlumatı, eləcə də cari ilin aprelində Bolqarıstan və Albaniyada keçirilmiş parlament seçkilərində müşahidələrin nəticələri dinləniləcək. Sessiya çərçivəsində İstanbul Konvensiyası adlanan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Konvensiya”nın 10 illiyi qeyd ediləcək. AŞPA prezidenti Rik Daemsin təşəbbüsü ilə təşkil olunacaq tədbirdə 2016-cı il Vaclav Havel İnsan Hüquqları Mükafatı və 2018-ci il Nobel Sülh Mükafatı laureatı Nadya Murad, Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Belçikanın Baş naziri Aleksander de Kroo, Rumıniya Senatının sədri Anka Dana Draqu, Fransanın gender bərabərliyi, müxtəliflik və bərabər imkanlar naziri Elizabet Moreno və BMT-nin Qadına qarşı zorakılıq, səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Dubravka Şimonoviçin çıxışları gözlənilir.

Macarıstanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində xarici işlər naziri Peter Siyarto çıxış edəcək və parlamentarilərin suallarını cavablandıracaq.

Sessiyada “Media azadlığı, ictimai etimad və xalqın bilmək hüququ” mövzusuna xüsusi diqqət yetiriləcək. COVID-19 pandemiyası ilə əlaqədar bir sıra aktual məsələlər gündəmdə olacaq. Həmçinin Krım tatarlarının vəziyyəti, Avropanın diaspor siyasəti, Avropada afrofobiya ilə mübarizə və digər məsələlər nəzərdən keçiriləcək.

Azərbaycanlı deputatlar sessiyada aparılan müzakirələrdə ölkəmizin mövqeyindən çıxış edərək, məsələlərə münasibət bildirəcəklər.

Xəbər lenti
Çox oxunan xəbərlər