Qarabağda daha bir erməni hərbçinin cəsədi tapılıb

Qarabağda daha bir erməni hərbçinin cəsədi tapılıb

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

NUHÇIXAN İnformasiya Agentliyi erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Füzuli rayonu istiqamətində aşkar edilib. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1 666 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM