Naxçıvan Müdafiə Komitəsinin ilk sədri olmuş Elman Abbasov “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib

Naxçıvan Müdafiə Komitəsinin ilk sədri olmuş Elman Abbasov “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Naxçıvan Müdafiə Komitəsinin ilk sədri olmuş Elman Abbasov “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib.

Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sen­tyabrın 7-də Nax­çıvan Müdafiə Komitəsi yaradılıb.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və Əlahiddə Ümumqoşun Orduya qədər böyük bir inkişaf yolu keçən Müdafiə Komitəsinin ilk sədri Elman Abbasov təyin edilib. Azərbaycanın həqiqi hərbi xidmət keçirilən ilk milli оrdusunun kоmandiri və Müdafiə Kоmitəsinin sədri olmuş Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşaraq müdafiə gücümüz nizami ordu halını almışdır.

7 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin əmri ilə Abbasov Elman Abbas oğlu “Şücaətə görə” medalı ilə (ölümündən sonra) təltif edilib.

Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təqdim edildiyi tədbirdə Elman Abbasovun oğlu Tural Abbasov və qardaşı Nizami Abbasov iştirak edib. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Elman Abbasovun  ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən şücaət göstərdiyinə görə təltif edildiyini diqqətə çatdırıb. Bu da Vətən qarşısında borclarını layiqincə yerinə yetirən, vətənpərvərlik nümunəsi göstərən insanların fəaliyyətinə dövlətimizin verdiyi yüksək qiymətdir.

“Şücaətə görə” medalı ilə təltif olunan Elman Abbasovun oğlu Tural Abbasov göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.

Sonra “Şücaətə görə” medalı Tural Abbasova təqdim edilib.

Nəriman Nəcəfov

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM