Səfir: Qars müqaviləsi bölgə ölkələri arasında sivil münasibətlərin qurulmasının mümkünlüyünü sübut edir

Səfir: Qars müqaviləsi bölgə ölkələri arasında sivil münasibətlərin qurulmasının mümkünlüyünü sübut edir

Qars müqaviləsi bölgə ölkələri və xalqları arasında yaxşı, müasir və sivil münasibətlərin qurulmasının mümkünlüyünü sübut edən sənəddir. Yüz il bundan əvvəl imzalanmış bu sənəd regionda hazırkı münasibətlər üçün də mühüm əsasdır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib.

Onun sözlərinə görə, Qars müqaviləsinin imzalanması həm də onu göstərir ki, saysız-hesabsız müharibələrdən sonra diplomatlar, Qafqaz dövlətlərinin nümayəndələri müzakirələr üçün bir araya gələ bilərlər.

Diplomat deyib: “İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazilərini Ermənistan işğalından azad etməsi ilə kommunikasiyaların açılması, ikitərəfli münasibətlər ilə bağlı yeni imkanlar barədə danışılır. Bu imkanlarla bağlı müzakirələrin aparılması mümkündür. Əvvəllər də belə müzakirələr aparmışıq. Ulu babalarımız bunu uğurla həyata keçiriblər”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM