Misir portalı Vətən müharibəsinin xronologiyasını dərc edib

Misir portalı Vətən müharibəsinin xronologiyasını dərc edib

Misirin “Rayetmısr” portalında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Zəfər yolunun xronologiyası dərc edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yazıda ötən il sentyabrın 27-də işğalçı Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin başladığı irimiqyaslı əks-hücum əməliyyatlarının gedişi, yaşayış məntəqələrinin düşməndən azad edilməsi xronoloji qaydada təqdim olunub.

Bundan başqa, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müharibə günlərində xalqa müraciətləri, özünün tviter səhifəsindən ərazilərimizin azad edilməsi barədə mesajları, dünyanın nüfuzlu mətbuat orqanlarına müsahibələri haqqında Misir ictimaiyyətinə məlumat verilib.

Xəbər lenti
Çox oxunan xəbərlər