İran XİN: İran və Azərbaycan prezidentləri son dərəcə mehriban və dostcasına görüş keçiriblər

İran XİN: İran və Azərbaycan prezidentləri son dərəcə mehriban və dostcasına görüş keçiriblər

İran və Azərbaycan prezidentlərinin siyasi iradəsi əməkdaşlıq əlaqələrinin daha da artması üçün zəmin yaradıb. Müxtəlif sahələr üzrə əməkdaşlıq barədə iki dövlət arasında razılaşmalar var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Əmir Abdullahian Azərbaycan və İran liderlərinin Aşqabad görüşünün nəticələrini dəyərləndirərkən deyib. O bildirib ki, Azərbaycan və İran prezidentləri qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam etməsində maraqlı olduqlarını bildiriblər ki, bu da münasibətlər üçün yaxşı perspektivin olacağını göstərir.

Hazırda İran ilə Azərbaycan arasında nəqliyyat, ticarət, mədəniyyət və digər sahələrdə yaxşı əlaqələr mövcuddur.

Nazir qeyd edib ki, İran və Azərbaycan prezidentləri son dərəcə mehriban və dostcasına görüş keçiriblər. Onun sözlərinə görə, İran yaxın qonşuları ilə əlaqələrini davam etdirmək niyyətindədir.

Xəbər lenti
Çox oxunan xəbərlər