BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi helikopter qəzası ilə bağlı başsağlığı verib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi helikopter qəzası ilə bağlı başsağlığı verib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə V.Andreeva öz "Twitter" səhifəsində yazıb.

Rezident əlaqələndirici bildirib: "Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir. Xəsarət alanların tezliklə sağalması ilə bağlı ən xoş arzularımızı çatdırırıq".

Qeyd edək ki, bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM