Sergey Lavrov: Biz istəyirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası işləri mümkün qədər tezliklə başlansın

Sergey Lavrov: Biz istəyirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası işləri mümkün qədər tezliklə başlansın

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası işlərinin tezliklə başlanmasına tərəfdardır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bu fikri Rusiya diplomatiyasının 2021-ci ildəki fəaliyyətinin yekunlarına həsr edilmiş mətbuat konfransında söyləyib.

S.Lavrov deyib: “Biz istəyirik ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası işləri mümkün qədər tezliklə başlansın. Bu, Qarabağ regionuna, münaqişənin nizamlanması məsələlərinə aid deyil. Bu, sırf ikitərəfli məsələdir. Artıq bir ilə yaxındır ki, biz delimitasiya və demarkasiya məsələləri üzrə komitə yaradaraq, bu komissiyada məsləhətçi olmağımızı təklif edərək, Sovet İttifaqının formalaşmasının müxtəlif mərhələlərini, İttifaqın sərhədlərində və müttəfiq respublikalar arasındakı sərhədlərdə baş vermiş dəyişiklikləri əks etdirən xəritələrin Rusiya baş qərargahında və digər strukturlarda olmasını nəzərə alaraq bu işə başlamağı təklif edirik”.

RF XİN rəhbəri bildirib ki, bu məsələ barədə özünün erməni həmkarı ilə söhbət edib. Nazir daha sonra deyib: “Tərəflərin müvafiq təklifləri var. Ona görə ki, komissiya yaratmaq üçün ilk növbədə bu işin hansı şərtlərlə görüləcəyi barədə razılığa gəlmək lazımdır. Hazırda həmin şərtlər müzakirə edilir. Orada fikir ayrılıqları var. Bizim mövqeyimiz sadədir: əyləşmək və hələ razılaşdırılmamış bütün məsələləri rəsmən yaradılmış komissiya çərçivəsində həll etmək lazımdır”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM