Tarixi "Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Tarixi "Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Azərbaycanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasının 30-cu ildönümü münasibətilə İstanbulun iki qitəsini birləşdirən “Fatih Sultan Mehmet” körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin  məlumatına görə, işıqlandırma Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

İstanbulun möhtəşəm mənzərəsinə gözəllik qatan şanlı bayrağımızın rəngləri izləyənlər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Qeyd edək ki, dövlətimiz və iki ölkənin qardaşlığına dair əlamətdar günlərdə həmrəylik nişanəsi olaraq İstanbulun müxtəlif rəmzləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM