Belarus və Rumıniya vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilib

Belarus və Rumıniya vətəndaşlarının hava nəqliyyatı vasitəsilə Azərbaycana giriş-çıxışına icazə verilib

Hava nəqliyyatı vasitəsilə daha 2 ölkənin – Rumıniya və Belarus Respublikasının vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi Nazirlər Kabinetinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov bununla bağlı “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Qərarda müvafiq dəyişiklik edilməsi ilə bağlı qərarı imzalayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM