satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna səfiri: “Azərbaycan vətəndaşlarından dəstək zəngləri və mesajlar aldıq”

Ukrayna səfiri: “Azərbaycan vətəndaşlarından dəstək zəngləri və mesajlar aldıq”

“Bu gün Azərbaycanın sadə vətəndaşlarından, xüsusən də sosial şəbəkələrdə Ukraynaya dəstək üçün çoxlu telefon zəngləri və mesajlar aldıq. Bu, mənə İkinci Qarabağ müharibəsi zamanı sadə ukraynalıların Azərbaycanı necə dəstəklədiyini xatırladır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunları Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski feysbukdakı hesabında yazıb.

“Ölkəmiz üçün belə çətin bir zamanda Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirən bütün azərbaycanlılara dərin təşəkkürümüzü bildiririk!”, - səfir əlavə edib.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM