satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat verəcək

Milli Məclis Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat verəcək

Milli Məclis fevralın 25-də keçirilən plenar iclasında Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bəyanat verəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, plenar iclasda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Xocalı soyqırımı son 200 ildə xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq və etnik təmizləmə siyasətinin ən qanlı səhifəsidir. Misilsiz qəddarlıq nümunəsi olan Xocalı soyqırımı ilə xalqımızın mübarizə əzmini sındırmaq istədilər. Faciə zamanı əsir götürülən insanların 150-nin taleyi bu günədək məlum deyil.

Daha sonra Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM