Prezident: Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir

Prezident: Azərbaycan və Türkiyə dünya miqyasında bir-birinə ən yaxın ölkələrdir

Biz dünya miqyasında bir-birinə ən yaxın ölkələrik və ölkələrimiz çox böyük sınaqlardan keçibdir. Keçən il bizim qədim və tarixi şəhərimizdə - Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Birgə Bəyannamənin imzalanması bizim əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdı. Biz həm dostuq, həm qardaşıq, həm də artıq rəsmən müttəfiqik. Bu siyasət bizə atalarımızdan qalan mirasdır, atalarımızın vəsiyyətidir və biz bu vəsiyyətə sadiqik.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Rize-Artvin Hava Limanının açılış mərasimində çıxışı zamanı ifadə edib.

Rizeyə ilk dəfə səfər etdiyini deyən Azərbaycan Prezidenti bildirib: “Təyyarə ilə gələrkən pəncərədən bu gözəl mənzərəni seyr edərkən və artıq buradan seyr edərkən əziz qardaşıma dedim ki, bu yer cənnətə bənzəyir. Rizenin, Artvinin, Qara dəniz bölgəsinin gözəl, füsunkar təbiəti böyük sərvətdir, amma ən böyük sərvət bu bölgənin insanlarıdır – mərd, vətənpərvər, döyüşkən, Türkiyə Cümhuriyyətinin keşiyində duran insanlardır. Eşq olsun bu insanlara!”.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM