Minskdə Azərbaycanın dövlət bayrağı videoproyeksiya edilib - VİDEO

Belarusun paytaxtı Minsk şəhərinin əsas rəmzlərindən biri olan Milli Kitabxananın binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi və Ticarət Evinin birgə təşəbbüsü ilə keçirilən aksiya mayın 28-i - Müstəqillik Günü münasibətilə təşkil olunub.

Axşam saatlarından etibarən Minsk Milli Kitabxanası göy, qırmızı və yaşıl rənglərdə işıq saçmağa başlayıb və videoproyeksiya edilib.

Videogörüntü şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM