Kanberradakı Avstraliya Milli Kariyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb

Kanberradakı Avstraliya Milli Kariyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb

Kanberra şəhərində yerləşən Avstraliya Milli Kariyonu Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu tədbir ölkəmizin Avstraliyadakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin 104-cü ildönümü, eyni zamanda, Avstraliya ilə ölkəmiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təşkil olunub.

Paytaxt Kanberranın 50 illiyi münasibətilə Britaniya hökumətinin Avstraliyaya hədiyyəsi olan və hündürlüyü 50 metr təşkil edən Milli Kariyon şəhərin ən görməli yerlərindən birində yerləşir və şəhər sakinlərinin əsas gəzinti və istirahət güşələrindən biridir.

Gecə saatlarında Azərbaycan bayrağının rənglərində işıqlandırılan Kariyon Avstraliya paytaxtında möhtəşəm görüntü yaradıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM