Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

Vaşinqton meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vaşinqton şəhərinin meri Myuriel Bauzer Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 104-cü ildönümü ilə bağlı 28 May tarixini Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib və bununla bağlı Bəyannamə imzalayıb.

Bəyannamədə 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli demokratik respublika olan və qadınlara səsvermə hüquq verən ilk dövlətlərdən birinin - Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi bildirilir. Həmçinin qeyd olunur ki, bu il Azərbaycanın müstəqilliyinin bərpasının 31-ci ildönümü və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd edilir.

Azərbaycanlıların dünyanın 70 ölkəsində yaşadığı və ABŞ-da yaşayan Azərbaycan icmasının sayının 700 mindən çox olduğu vurğulanır.

Bildirilir ki, Vaşinqton bu şəhərə Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi və Azərbaycan icması tərəfindən edilən töhfələri yüksək qiymətləndirir, öz zəngin mədəniyyəti və irsini Kolumbiya Əyaləti sakinləri ilə bölüşdüyü üçün onlara təşəkkür edir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM