Yerli mini PUA BOYGA Türkiyə ordusuna təhvil edilib - VİDEO

Türkiyənin Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş. (STM) şirkəti tərəfindən hazırlanan Dönər Qanadlı pilotsuz uçuş aparatı (PUA) BOYGA bütün sınaq mərhələlərini uğurla tamamlayaraq Türkiyə ordusuna təhvil verilib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin (TMSK) sədri İsmail Demir öz "Twitter" hesabında paylaşıb.

“Milli vasitələrlə inkişaf etdirdiyimiz mini BOYGA PUA daşıdığı 81 mm-lik minaatan sursatını tam dəqiqliklə hədəfə ataraq məhv edir”, - deyə Demir bildirib.

Qeyd edək ki, BOYGA PUA-sı 1500 metr yüksəkliyə çıxaraq 30 dəqiqəyə yaxın havada qala bilir.

Xəbər lenti
Çox oxunan xəbərlər