satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanda 49 aksiya iştirakçısına cinayət işi açılıb, 5 nəfər isə həbs olunub

Ermənistanda 49 aksiya iştirakçısına cinayət işi açılıb, 5 nəfər isə həbs olunub

Ermənistanın paytaxtı İrəvanda davam edən etiraz aksiyalarının 49 iştirakçısı haqqında cinayət işi açılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsindən bildirilib.

Qeyd olunub ki, əlavə 5 nəfər isə həbs olunub. Fəallar kütləvi iğtişaşlarda iştirak etməkdə, xuliqanlıqda, dövlət məmurlarına qarşı zorakılıq tətbiq etməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyuq silah gəzdirməkdə ittiham olunurlar.

Hazırda Ermənistanda etiraz aksiyaları davam edir, iştirakçılarla polis arasında qarşıdurma yaşanır.

Aksiya iştirakçıları hökumətin istefasını tələb edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM