satellite   Azerspace-1: 11135 H 30000

Sergey Lavrov: Rusiya sülhməramlıları Qarabağın erməni nümayəndələri və Azərbaycanın rəsmi şəxsləri ilə təmaslara kömək edir

Sergey Lavrov: Rusiya sülhməramlıları Qarabağın erməni nümayəndələri və Azərbaycanın rəsmi şəxsləri ilə təmaslara kömək edir

Rusiya sülhməramlıları hazırda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin nümayəndələri və Azərbaycanın rəsmi şəxsləri ilə təmaslara kömək edir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının yekunlarına dair mətbuat konfransında bildirib.

Rusiyalı nazir deyib: “Rusiya sülhməramlıları hazırda Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin nümayəndələri və Azərbaycanın rəsmi şəxsləri ilə təmaslara kömək edir. Onlar srağagün və məncə, bu gün də görüşüblər. Sülhməramlılarımız qarabağlı ermənilərin ilk vaxtlar özlərini təhlükəsiz hiss etmələri və etimadın möhkəmləndirilməsi üçün orada iştirak edirlər. Bunun nə qədər vaxt aparacağı və sülhməramlıların sayı barədə məsələ yerində həll olunur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM