satellite   Azerspace-1: 11135 H 30000

Dövlət başçısı: "Yaxın aylarda Bakı-Tbilisi-Qars dəmiryolunun imkanları beş milyon tona qədər artırılacaq"

Dövlət başçısı: "Yaxın aylarda Bakı-Tbilisi-Qars dəmiryolunun imkanları beş milyon tona qədər artırılacaq"

Yaxın aylarda Bakı-Tbilisi-Qars dəmiryolunun imkanları beş milyon tona qədər artırılacaq.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında deyib.

"Biz bu gün sizinlə eyni zamanda Bakı-Tbilisi-Qars dəmiryolunun tutumunun genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları bir milyondan beş milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmiryolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır", - dövlət başçısı qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM