satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə lideri: "Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb"

Türkiyə lideri: "Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb"

"Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb".

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də Azərbaycan Preizdenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan öz torpaqlarında antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qalıb.

Türkiyə Prezidenti deyib ki, antiterror tədbirinin qısa müddətdə tamamlanması Türkiyə üçün də iftixar mənbəyi olub: “Şəhidlərə rəhmət, yaralılara şəfa diləyirəm. Müzəffər Azərbaycan Ordusunu ürəkdən təbrik edirəm. Son Zəfərlə birlikdə bölgədə normallaşma üçün yeni fürsət pəncərələri açılıb. Bu fürsətin dəyərləndiriləcəyinə ümid edirəm. Artıq Ermənistanın Azərbaycanın barış əlini tutmasını və səmimi addımlar atmasına ümid edirəm. Hər zaman dediyimiz kimi, sülhün alternativi yoxdur. Bölgədə sülhün bərqərar olması üçün Ermənistandan müvafiq addımların atılmasını gözləyirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM