satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadaları yaradıla bilər

Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadaları yaradıla bilər

Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadaları yaradıla bilər.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədovun Qarabağın erməni sakinlərinin təmsilçiləri ilə növbəti görüşün nəticələrinə dair məlumatında qeyd edilib.

Bildirilib ki, görüşdə xroniki ağır xəstəliklərdən əziyyət çəkən və ya xüsusi cərrahiyyə əməliyyatına ehtiyacı olan şəxslərə zəruri tibbi yardımın göstərilməsinə hazırlıq ifadə olunub.

Bununla yanaşı, görüşdə Azərbaycan və erməniəsilli tibb işçilərindən ibarət səyyar birgə həkim briqadalarının formalaşdırılması, həmin briqadalar tərəfindən ucqar kəndlərdə tənha və tibbi xidmətə ehtiyacı olan şəxslərə xidmət göstərilməsinin vacibliyi vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM