satellite   Azerspace-1: 11135 H 30000

İƏT-in 9-cu Baş katibi uğurlu antiterror tədbirlərinə görə İlham Əliyevi təbrik edib

İƏT-in 9-cu Baş katibi uğurlu antiterror tədbirlərinə görə İlham Əliyevi təbrik edib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 9-cu Baş katibi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Ekmələddin İhsanoğludan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Naxçıvan televiziyası xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Zati-alinizin sarsılmaz qətiyyəti və əzmi sayəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı həyata keçirilmiş antiterror tədbirlərinin zəfərlə başa çatması bizim kimi, bütün Türk və İslam dünyasında sevinclə qarşılandı.

Fürsətdən istifadə edərək, Sizə və lideri olduğunuz Azərbaycan xalqına ən xoş arzularımı, təbriklərimi və ehtiramımı ifadə edirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM