satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə səfirliyi: “Ərazi bütövlüyünü möhkəmləndirən Azərbaycan Ordusuna uğurlar arzulayırıq"

Türkiyə səfirliyi: “Ərazi bütövlüyünü möhkəmləndirən Azərbaycan Ordusuna uğurlar arzulayırıq"

“Bir neçə gün əvvəl Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkənin suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq”.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycandakı səfirliyinin “X” hesabındakı paylaşımda yer alıb.

Qardaş ölkənin səfirliyi 27 Sentyabr - Anım Günündə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçmiş şəhidlərimizi də yad edib:

“Qarabağın azadlığı uğrunda Vətən müharibəsində şəhid olan azərbaycanlı qardaşlarımızı 27 Sentyabr - Anım Günündə rəhmətlə yad edir, fürsətdən istifadə edərək bir neçə gün əvvəl Qarabağda həyata keçirdiyi antiterror tədbirləri nəticəsində ölkənin suverenliyini və ərazi bütövlüyünü möhkəmləndirən müzəffər Azərbaycan Ordusuna uğurlar arzulayırıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM