satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib

Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə qondarma quruma rəhbərlik etmiş Samvel Şahramanyan qərar verib.

Qərara əsasən, qondarma rejimin bütün qurumları və təşkilatları 2024-cü il yanvarın 1-dən fəaliyyətini tam dayandırır. Bununla da "Dağlıq Qarabağ respublikası" öz mövcudluğuna son verir.

Bildirilib ki, Qarabağın erməni əhalisi, o cümlədən kənarda yaşayanlar gələcəkdə bölgəyə qayıtmağın mümkünlüyü ilə bağlı müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış ola bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM