satellite   Azerspace-1: 11135 H 30000

Selcuk Bayraktar: “Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”

Selcuk Bayraktar: “Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”

“Uşaq olarkən Qarabağın işğalı ilə bağlı bir şey edə bilməmək içimizdəki yara idi”.

Naxçıvan televiziyası xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru Selcuk Bayraktar “TV 100”ün efirində deyib.

O bildirib ki, pilotsuz uçuş aparatları (PUA) Azərbaycan torpaqlarının işğaldan azad olunmasında mühüm rol oynadı: “Azərbaycanın öz torpaqlarında həyata keçirdiyi 44 günlük müharibə və antiterror tədbirləri tamamilə haqlıdır”.

S.Bayraktar, həmçinin söyləyib ki, Kanada Türkiyə PUA-larının müharibədə istifadəsinə qarşı çıxmışdı: “Təəssüf ki, Kanadanın bu reaksiyasına Türkiyə daxilində də sevinənlər var idi. Amma sevinmək əbəsdir. PUA-lar yenə də hədəfləri məhv edəcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM