satellite   Azerspace-1: 11135 H 30000

Qarabağın erməni sakinləri üçün 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb

Qarabağın erməni sakinləri üçün 30 iritutumlu avtobus Xankəndiyə yola salınıb

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri tərəfindən Xankəndidən mülki şəxslərin Ermənistana daşınması üçün müvafiq nəqliyyat vasitələrinin ayrılmasına dair müraciət daxil olmuşdur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, həmin nəqliyyat vasitələri ilə Xankəndi şəhərində və ora yaxın ərazilərdə yaşayan, şəxsi avtomobilləri olmayan mülki şəxslərin daşınması nəzərdə tutulur.

Müraciətə müsbət baxılaraq, sentyabrın 28-də 30 iritutumlu avtobus Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə yola salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM