satellite   Azerspace-1: 11135 H 30000

MN: "Azad olunmuş ərazilərdə ötən həftə 293 mina aşkarlanıb"

MN: "Azad olunmuş ərazilərdə ötən həftə 293 mina aşkarlanıb"

Azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində ötən həftə ərzində 199 ədəd tank əleyhinə, 94 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Bu barədə Naxçıvan televiziyası-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə 8 km-dək yeni təminat yolları çəkilib.

Qısa müddət ərzində 300 km-dək mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdəki yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirlir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM