satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin müdafiə naziri: “Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanında tək qoyublar”

Türkiyənin müdafiə naziri: “Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanında tək qoyublar”

“Ermənistanın Baş naziri Nikol Paşinyan görməlidir ki, onu qızışdırıb ortaya atanlar indi döyüş meydanlarında tək qoyublar”.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, cəbhədə Azərbaycana qarşı hər məğlubiyyət N.Paşinyanın İrəvandakı mövqeyini sarsıdır: “Paşinyan Zəngəzur dəhlizini böhran səbəbi deyil, fürsətə çevirsə, bundan həm Ermənistan, həm də özü qazanacaq.

Əks halda, hər məğlubiyyətdən sonra İrəvan meydanlarını istefa şüarları ilə dolduran qəzəbli kütlə bir gün Paşinyanı devirə bilər”.

Y.Gülər deyib ki, Azərbaycan Ordusunun Qarabağda keçirdiyi son antiterror tədbirləri bölgədə yeni vəziyyət yaradıb və bu, Bakı ilə İrəvan arasında qarşıdakı danışıqlara da təsir göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM