satellite   Azerspace-1: 11135 H 30000

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxdakı növbəti görüş başa çatıb

Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxdakı növbəti görüş başa çatıb

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil ediblər.

Qeyd edək ki, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə bundan öncə sentyabrın 21-də Yevlaxda, 25-də isə Xocalıda görüş keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM