satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Ali Məclisinin payız sessiyası öz işinə başlayır

Naxçıvan Ali Məclisinin payız sessiyası öz işinə başlayır

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyası öz işinə başlayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 1.5-ci maddəsinə əsasən Ali Məclisin payız sessiyası oktyabrın 2-si saat 11:00-da öz işinə başlayacaqdır.

Ali Məclisin payız sessiyasının ilk iclasında 2023-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, “Normativ-hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər, Ali Məclisin İntizam Komissiyasının tərkibində dəyişikliklər və digər məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Sessiyanın iclasında Ali Məclisin deputatları və dövlət mətbuat orqanlarının nümayəndələri iştirak edəcəkdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM