satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən dinc regiona çevrilməsini istəyir

Hikmət Hacıyev: Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən dinc regiona çevrilməsini istəyir

Azərbaycan Qarabağın 30 il əvvəlki kimi çiçəklənən, firavan və hər şeydən öncə dinc regiona çevrilməsini istəyir.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AFP-yə deyib.

Erməniəsilli sakinlərin bölgəni tərk etməsi ilə bağlı sualı cavablandıran Prezidentin köməkçisi “etnik təmizləmə” ifadəsinin qəbuledilməz olduğunu vurğulayaraq köçün sərbəst şəkildə baş verdiyini diqqətə çatdırıb.

“Bilirik ki, ermənilər və beynəlxalq KİV bütün əsgərləri həbs etmək niyyətimizin olduğunu deyir. Əgər silahları təhvil versələr, azaddırlar və Ermənistan Respublikasına getmək imkanları var”, - Hikmət Hacıyev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM