satellite   Azerspace-1: 11135 H 30000

Kamran Əliyev: "Ermənistan nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”

Kamran Əliyev: "Ermənistan nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”

“Təəssüf ki, Ermənistan tərəfi bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir”.

Naxçıvan televiziyası-ın xəbərinə görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı Azərbaycan tərəfindən və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilib.

Ərazilər azad edildikcə məzarlıqların tapılması işləri daha da sürətləndirilir: “Təəssüf ki, Ermənistan tərəfi bizə nə mina xəritələri, nə də məzarlıqlarla bağlı xəritələr barədə dəqiq məlumat verir. Verilən məlumatlar həqiqəti əks etdirmir. Dəfələrlə bu məsələ müzakirə olunub.

Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin müəyyən edilməsi, qohumlarına qaytarılması və dəfn prosesi sürətlənib. Ermənistan tərəfi bu məsələdə bizimlə əməkdaşlıq etməsə də, zamanla bu prosesi davam etdiririk".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM