satellite   Azerspace-1: 11135 H 30000

Xocavənddə yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb - FOTOLAR

Xocavənddə yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb<font color=red> - FOTOLAR</font> Xocavənddə yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb<font color=red> - FOTOLAR</font> Xocavənddə yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb<font color=red> - FOTOLAR</font> Xocavənddə yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb<font color=red> - FOTOLAR</font>

Xocavənd rayonu ərazisində 4 körpünün alt və yan hissələrində yüksək partlayış gücünə malik partlayıcı qurğular aşkarlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar.

Bildirilib ki, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan ümumilikdə tərkibində 200 kq-dan artıq trotil dolu qutulardan ibarət tələ məftili və elektrik üsulu ilə işə düşən partlayıcı qurğular müəyyən edilib.

Belə ki, körpülərin alt və yan tərəflərinə hər biri 25 kq-lıq trotil hissələrlə dolu qutulara elektrik detonatoru və partlayışın gücləndirilməsi məqsədilə bir neçə ədəd TM-57 növlü tank əleyhinə minalar quraşdırılıb. Bu kimi partlayıcı qurğular isə ölümcül partlayışın törədilməsi, texnika və insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.

Aşkar edilən partlayıcı qurğular ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM