satellite   Azerspace-1: 11135 H 30000

Selcuk Bayraktar: "Qarabağda türkün gücünü hamı gördü"

Selcuk Bayraktar: "Qarabağda türkün gücünü hamı gördü"

“Qarabağda türkün gücünü hamı gördü”.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selcuk Bayraktar jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Türkiyə dünyada ən yaxşı pilotsuz uçuş aparatlarına (PUA) sahibdir: “Qarabağın azad olunmasında PUA-dan istifadə edildi. Bu, bizim üçün qürur mənbəyidir. PUA-ları idarə edən azərbaycanlı pilotlar türkün gücünü bütün dünyaya göstərdi. Türklər ilk dəfə olaraq PUA-larla müharibədə qalib gəldi. Türkün gücünü hər kəs gördü. Bu, əlbəttə, həm də şəhid və qazilərimiz sayəsində mümkün oldu”.

S.Bayraktar həmçinin Azərbaycan Ordusunun Qarabağdakı son antiterror tədbirlərini də yaxından izlədiyini bildirib: “Biz bu zəfərlərə sadəcə texnologiyamız və dualarımızla dəstək olduq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM