satellite   Azerspace-1: 11135 H 30000

Şuşanın Malıbəyli kəndindəki məscidin ermənilər tərəfindən təhqir edilməsi faktı üzə çıxıb

Şuşanın Malıbəyli kəndindəki məscidin ermənilər tərəfindən təhqir edilməsi faktı üzə çıxıb

Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ərazilərə baxış keçirilərkən məscidlərimizin ermənilər tərəfindən təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb.

DİN-in mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, Şuşa rayonunun Malıbəyli kəndində XVII əsrdə tikildiyi ehtimal edilən Malıbəyli məscidinin də vaxtilə işğal altında olan digər məscid və abidələrimiz kimi heyvan ahırı qismində istifadə olunduğu aşkar edilib.

Qeyd edək ki, Malıbəyli məscidinin minarəsi hələ 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən uçurdulub, tavanı bir neçə yerdən yandırılaraq yararsız hala salınıb. Dini, tarixi və mədəniyyət abidələrimizə qarşı törədilmiş bu vəhşilik erməni vandalizminin əyani sübutudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM