satellite   Azerspace-1: 11135 H 30000

Azad edilmiş ərazilərdə ötən ay 909 partlamamış hərbi sursat aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay 909 partlamamış hərbi sursat aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabrda 4 min 550,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) icra olunan əməliyyatlar barədə aylıq məlumatında bildirilir.

Məlumata əsasən, ötən ay Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 242 piyada əleyhinə, 447 tank əleyhinə mina, 909 partlamamış hərbi sursat aşkarlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM