satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri israilli həmkarını Qarabağdakı vəziyyət barədə məlumatlandırıb

Azərbaycan səfiri israilli həmkarını Qarabağdakı vəziyyət barədə məlumatlandırıb

Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov İsrailin bu ölkəyə yeni təyin olunmuş səfiri Yosi Levi-Sfarini Qarabağdakı mövcud vəziyyət barədə məlumatlandırıb.

Naxçıvan televiziyası  xəbər verir ki, bu barədə Azərbaycan səfiri öz “X” hesabında paylaşım edib.

“İsrailin yeni təyin olunmuş səfiri Yosi Levi-Sfarini Bolqarıstanda qəbul etmək çox xoş idi. Görüş çərçivəsində Qara dəniz və Xəzər regionunda baş verən cari hadisələr, Azərbaycanın Qarabağ regionundakı mövcud vəziyyət barədə fikir mübadiləsi aparıldı, həmçinin dostluq münasibətlərinin aktuallığı və əhəmiyyəti təsdiqləndi”,- paylaşımda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM