"Ağbənd yolunun və körpünün tikintisi yükdaşımaların həcmini artıracaq".
Naxçıvan televiziyası xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş açıqlamasında bildirib.
Nazir tezliklə bu layihənin başa çatdırılmasını arzuladıqlarını deyib: "Astara görüşündən sonra əldə olunan razılaşmalar həyata keçirilir. Ağbənd yolunun və körpünün tikintisi yükdaşımaların həcmini artıracaq. Bu yol Culfaya qədər davam edəcək”.
