satellite   Azerspace-1: 11135 H 30000

AŞPA payız sessiyasının plenar iclası başlayıb

AŞPA payız sessiyasının plenar iclası başlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının plenar iclası başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti sessiyada iştirak edir. Nümayəndə heyətinin üzvləri müzakirələrdə fikirlərini bildirəcəklər.

Plenar iclasın ilk günündə Assambleyaya Türkiyə üzrə vitse-prezident seçkiləri keçiriləcək, həmçinin komitələrin tərkibindəki dəyişikliklərə nəzər salınacaq. Sonra avropalı parlamentarilər payız sessiyasının gündəliyini müzakirə edib təsdiqləyəcəklər.

Payız sessiyasının ilk günündə parlamentarilər Büro və Daimi komitələrin hesabatlarına münasibət bildirəcəklər.

Sessiya dövründə “Qarabağda humanitar vəziyyət”, “Dənizdə miqrant ölümləri”, “Ukraynada ədalətli sülhün və Avropada davamlı təhlükəsizliyin təmin edilməsi”, “İsrailə son hücumdan sonra Yaxın Şərqdə zorakılığın artması” və “Son hücumdan sonra Kosovonun Şimalında vəziyyət və gərginliyin azaldılması zərurəti” kimi cari məsələlərə dair debatların gündəliyə salınması müzakirə olunacaq.

Payız sessiyasının gündəliyi qəbul ediləcək və sessiya Monteneqroda növbədənkənar parlament seçkilərinin müşahidəsinə dair hesabatın dinlənilməsi ilə davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM